İraqın Neynəva vilayətinin mərkəzi olan Mosulun şərqindəki Bartella məntəqəsində işıqlandırma və ventilyasiya sistemi ilə təchiz olunmuş tunellər şəbəkəsi aşkar edilib.
"Eurasia Diary" Əlməyadin telekanalına istinadən xəbər verir ki, İŞİD Mosulun ətrafındakı məntəqələrə silah-sursat aparmaq, gizli gediş-gəliş üçün tunellər qazıb.
İŞİD Bartella məntəqəsindəki bəzi evlərin altında dərinliyi 10 metrdən çox olan tunellər qazıb. Bu tunellərdən birinin uzunluğu 500 metrdən çoxdur.