Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.
Ednews xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.
Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.
Qeyd olunub ki, paytaxt Numeada, aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb.
Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes “kaledoniyalıları evdə qalmağa” çağırıb.