"Eurasia Diary" Telegraph-a istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda silsilə partlayışlar baş verib.
Belə ki, partlayışlardan birincisi Xurriya rayonundakı bazarda qeydə alınıb, hadisə nəticəsində 17 nəfər ölüb.
Bununla yanaşı, digər partlayış isə Şaab rayonundakı bazarda törədilib, nəticədə 5-dən çox adam dünyasını dəyişib.
Qeyd edək ki, hər iki terror aktı minik avtomobillərinə quraşdırılmış bombalar vasitəsilə həyata keçirilib.