Putin Ermənistana "İsgəndər" raket kompleksinin çatdırmaları haqqında məlumatları məxfiləşdirdi.
"Eurasia Diary" Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə Rusiyanın hərbi-texniki əməkdaşlığı haqqında olan məlumatların dövlət sirrinə aid etmə haqqında fərman imzaladı. Sənəd 22 noyabrda hüquqi informasiya ilə bağlı rəsmi internet-portalında dərc edilib.
Mətndə qeyd edilir ki, belə informasiyanın vaxtından əvvəl yayılması dövlətin təhlükəsizliyinə xələl yetirə bilər.
Federasiya qanununa əsasən "xarici dövlətlərlə Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlığı haqqında", beynəlxalq münasibətlər sahəsində hərbi təyinatlı məhsulların ixracla və idxalla bağlı olan məlumatlar məxfi hesab ediləcək.
Qeyd edək ki, Rusiya və Ermənistan arasında 2015-ci ildə imzalanan müqaviləyə əsasən Rusiya Yerevana silahlanma üçün 200 milyon dollar məbləğində kredit ayırıb. Bunun ardınca Rusiya KİV-də Ermənistana verilən silahın siyahısı çıxdı. İndi Vladimir Putinin yeni fərmanına əsasən, bu informasiya dövlət sirri hesab edilir və yayılması qadağan edilir.
Bu o deməkdir ki, Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksinin verməsi dövlət sirri oldu. Bundan əvvəl bəzi Rusiya ekspertləri bildirdi ki, bu komplekslər Rusiyaya aiddir və Ermənistanda müvəqqəti olaraq yerləşdirilib.
İndi Rusiya bunu rəsmi olaraq təsdiq etməyəcək, çünki informasiya Rusiyanın yeni prezident fərmanına görə məxfiləşdirildi.