Gələn il Beynəlxalq Ordu Oyunları Azərbaycan ərazisində də keçiriləcək.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ümumrusiya Silahlı Qüvvələri Veteranlarının İctimai Təşkilatının konfransında bildirib.
“Bu il yarışda 19 xarici dövlətin yüzdən artıq komandası iştirak edib. Bəzi yarışların Azərbaycan, Belarus, Qazaxıstan və Çin ərazisində keçirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.