"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, Uqanda təhlükəsizlik qüvvələri ilə Rwenzururu Krallığına mənsub silahlı qüvvələr arasında olan qarşıdurmada 54 nəfər həyatını itirib.
Uqanda sərhədindəki dörd ənənəvi krallıqdan biri olan Toro Krallığından ayrılaraq 1963-cü ildə müstəqillik elan edən Rwenzururu Krallığı Uqanda hökuməti tərəfindən mədəni bir qurum olaraq qəbul edilir.
ABŞ-da 25 il boyunca qoca və xəstələrə qulluq edən Çarlz Wesley Mumbere 2009-cu ildə tac geyinərək Uqandanın qərbindəki Kasa bölgəsində milli hökumət tərəfindən də tanınan 300 min nəfərlik Rwenzururu Krallığının kralı olub.