BMT TŞ Hələbdə müşahidəçilərin yerləşdirilməsinə dair qətnaməni səsverməyə çıxaracaq.
"Eurasia Diary" xəbər verir ki, sənəd əhalinin şərqi Hələbdən təxliyəsini asanlaşdırmağı və humanitar təşkilatların şəhərə girişinin təmin etməyi nəzərdə tutur.
Məlumata görə, qətnamənin təşəbbüskarı rolunda Fransa çıxış edib.
Qətnamə layihəsində dinc sakinlər və müxalif qüvvələrin evakuasiyasını BMT və onun tərəfdaşlarının koordinasiyası və müşahidəsi ilə həyata keçirilməsi təklif edilir.