"Eurasia Diary" Anadolu-ya istinadən xəbər verir ki, Hələbin qərbində yaradılan təhlükəsiz zona vasitəsilə İdlibe gətirilən yaralılardan vəziyyəti ağır olanlar Türkiyəyə gətirilir.
Hatayda Cilvegözü Sərhəd Qapısında dayanan 112 təcili xidmət sanitar maşınlarına alınaraq şəhərdəki xəstəxanalara çatdırılan yaralı sayı 172-ə çatıb. Gələn yaralılardan 68-inin uşaq olduğu bildirilir.
Yaralılardan 14-ü həyatını itirib.