"İndi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır"
"EDnyus" xəbər verir ki, bu sözləri Milli Məclisin Plenar İclası zamanı deputat Aqil Abbas deyib. Televiziyalarda həkimlərin reklamına diqqət çəkən millət vəkili əlavə edib:
"Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu, özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir", - o qeyd edib.