Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə "EDnyus"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib:
"İclası açılış nitqi ilə açan Prezident Aparatı Administrasiyanın rəhbəri Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu dedi. Daha sonra iclasın gündəliyi açıqlandı. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərdə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissi