Prezident Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşüb

Ölkə 16:03 19.02.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

“EDnews”  AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayırlar. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam. Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi, demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim sərəncamımla Qarabağ Universiteti yaradılıb. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik.

Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.

Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunub və indi həyatı bərpa edirik. Yəni hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.

İndi İkinci Qarabağ müharibəsindən dörd il keçib, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki, Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılar olub, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.

Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.

Mən sizi təbrik edirəm. Yenə də deyirəm, artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcək. Bir daha sizi təbrik edirəm.

Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sakin: Xoş gəlmisiniz, möhtərəm Prezident. Mən yazdığım bir şeirlə xalqa fikrimi çatdırmaq istəyirəm, icazə versəniz.

Prezident İlham Əliyev: Buyurun.

Sakin:

Ey uca millətim, uca dövlətim,

Ucalsın bayrağın uca dağ kimi.

Sönməsin ocağın, sönməsin odun,

Rəbbin yandırdığı bir çıraq kimi.

Açılsın sabahın, gülsün millətin,

Qalmasın möhnətin, dərdin, zülmətin.

Xalqa məlhəm olsun gücün, qüdrətin,

Xəstəyə can verən bir loğman kimi.

İlhamam, adına qurbanam özüm,

Haqqını itirsəm, kor olsun gözüm,

Türkün birliyinə yar olsun sözüm,

Torpağa can verən bir bulaq kimi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Çox sağ olun. Yenə minnətdarıq. Çox sağ olun, hər birimiz minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Oğlunuz şəhid olub?

Qadın sakin: 1992-ci ildə.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin!

Qadın sakin: Bir şəhid ailəsi kimi sizə təşəkkürümü bildirirəm. Çox sağ olun!

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən müharibəsi şəhidlərinin qanını biz döyüş meydanında aldıq, onların qisasını aldıq və ədaləti bərpa etdik. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Qadın sakin: Onun qəbrini ki gördüm, çox sağ olun. Nənən sənə qurban olsun!

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, Siz Ballıca kəndinə xoş gəlmisiniz. Cənab Prezident, ermənilərin ən böyük terror dəstələri Ballıca kəndində məskunlaşmış və buradan öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. Bu gün Bakı həbsxanalarında özlərini quzu kimi aparan erməni cəlladlar, sözün həqiqi mənasında, xalq arasında deyildiyi kimi, Ballıca kəndində at oynatmışlar. Sizin böyük siyasətinizin nəticəsində xalqımız, camaatımız bu gün Sizinlə görüşə Ballıca kəndinə gəlib və bu görüş bizim arzuladığımız görüşdür. Bu görüşə görə Sizə minnətdarlığımızı, təşəkkürümü bildirirəm.

Cənab Prezident, Qarabağla bağlı Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir, Sizin göstərişinizlə Ballıca kəndində həyat qaynayır. Biz vətənimizə, torpağımıza gələndən sonra ilk olaraq şəhidlərimizin döyüşdüyü yerləri, əsgərlərimizin erməni quldurlarına qan uddurduqları yerləri və böyüklərimizin, ulularımızın uyuduğu məkanları ziyarət etmişik. Bu ziyarətləri bizə Siz, cənab İlham Əliyev bəxş edib. Ona görə biz Sizə öz təşəkkürümüzü bildiririk. Sizə sonsuza qədər təşəkkür etsəm, azdır. Əllərimi uca göylərə açaraq söyləyirəm, Tanrı Sizi qorusun, Tanrı ailənizi qorusun, Tanrı xalqımızı qorusun!

Sakinlər: Amin!

Sakin: Sağ olun. Nə yaxşı ki, Siz varsınız. Sizə bizim böyük ehtiyacımız var. Sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Necə yaşayırsınız burada? Hər şey yaxşıdır?

Sakinlər: Xoş gəlmisiniz. Allah Sizi qorusun. Ali Baş Komandan, "dəmir yumruq" buradadır.

Prezident İlham Əliyev: Çox sağ olun. Maşallah, sənin də yumruğun yaxşıdır.

Kişi sakin: Cənab Prezident, çox sağ olun. Var olun ki, o əmri verdiniz, o "dəmir yumruq"la onların başını əzdik. Minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə minnətdaram. Sizin kimi oğullar hesabına torpaqlarımızı düşməndən azad etdik.

Kişi sakin: Borcumuzdur, cənab Prezident.

Qadın sakin: Hörmətli Prezidentimiz, Siz Ballıca kəndinə çox xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü günü bizə yaşatdığınız üçün Sizə çox-çox təşəkkürümü bildirirəm. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, sizi bir daha təbrik edirəm.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev: Qarabağın torpağı bütövlükdə hər yerdə yaxşıdır. Buradan yaxşı məhsul götürmək olar. O vaxt - sovet dövründə burada camaat daha çox maldarlıqla məşğul idi. İndi necə, maldarlıq var?

Sakin: Gətirir özü ilə, olanlar var.

Prezident İlham Əliyev: Bəs əkinçilik necə?

Sakin: Əkinçilik də yavaş-yavaş başlayır.

Prezident İlham Əliyev: Hər halda həyətyanı sahələrdə, yəqin ki, bostan da əkilir?

Sakin: Əkirik. Yararlı torpaqdır, çox gözəl torpaqdır.

Prezident İlham Əliyev: Buradan bol məhsul götürmək olar.

Sakin: Bəli, çalışan götürər.

Prezident İlham Əliyev: İşləmək lazımdır.

Sakin: Xanın bağlarıdır bura. Bizdə "Məhəmməd ağa" deyilən otaq var. Üç tərəfi Kosalar kəndidir, Ballıcadır. Ermənilər burada çox at oynadıblar. Xocalı soyqırımında aeroport tərəfdən birinci hücuma keçiblər, sonra Kosalar kəndinin sakinləri burada tək qalıblar. Xocalı rayonunda ən son Şuşa əhalisi çıxandan bir gün sonra, bax, bu dumanın altında Kosalar əhalisi çıxıb.

Prezident İlham Əliyev: Doqquzunda?

Sakin: Bəli. Buradan üç bulağın suyu gəlir: Təkqəbir, Sarıtala, Alçalı. Bulaq suyudur, götür o çayın suyunu iç. Belə gözəl yerə bizə gətirdiyiniz üçün Sizə nə qədər təşəkkür eləmək olar?! Mən oğlumun adını İlham qoymuşam. İnanın, Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam. Dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə, azdır. Var olun, cənab Prezident.

Sakin: Bəli, mən "Qarabağ" şeirinin sonunda İsmayıl qardaşın dediyi kimi yazıram:

Dünya bu Zəfərə özü mat qalıb,

Əyrisi lal olub, düzü mat qalıb,

Əbədi, silinməz bir hikmət qalıb,

Azərbaycandır deyən sözüm Qarabağ,

Sənə qurban olum özüm, Qarabağ.

Sakinlər: Yaşa, cənab Prezidentimiz! Var olun, Prezidentimiz.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

Sakinlər: Var olun, Allah qorusun!

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı