Bu ilin mayında Kiyevdə keçiriləcək “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin devizi “Celebrate Diversity” (müxtəlifliyə hörmət edirik) olacaq.
Məlumat müsabiqənin təşkilatçısı olan Ukraynanın birinci milli kanalının saytında yayılıb.
Telekanal, həmçinin qarşıdakı “Eurovision” müsabiqəsinin loqotipini də təqdim edib.
Bu, qədim qadın bəzək əşyası Ukrayna muncuğudur.
Yanvarın 31-də “Eurovision-2016”nın paytaxtı Stokholm şəhər şurasının prezidenti Eva-Luiza Erlandssonun müsabiqənin rəmzi açarını Kiyev meri Vitali Kliçkoya təqdim edəcəyi gözlənilir.
Bundan sonra iştirakçı ölkələrin yarımfinal püşkatması keçiriləcək.