"Eurasia Diary" Sputnik-ə istinadən xəbər verir ki, Danimarkalı "Dansk Flode" rok qrupu və sənətçiləri musiqi vasitəsilə mədəniyyətlərarası əməkdaşlıq yaratmaq və iqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə Antarktidada pinqvinlərə konsert verdi.
Antarktidaya yaxın qütb stansiyasından olan iki tədqiqatçı və qrup müğənnisi Biorn Vidonun iştirakı ilə pinqvinlərə 15 dəqiqəlik konsert verilib. Berlingske qəzetinə müsahibə verərkən Vido "Pinqvinlər musiqini həqiqətən çox sevdi, bala pinqvinlər bizə çata bilmək üçün qaça-qaça gəlirdi" - deyib.
Rockbandet #DanskFløde giver koncert et cool sted – på Sydpolenhttps://t.co/R04HFe3nsX pic.twitter.com/nutmpZGQ58
— GAFFA.dk (@GAFFA_DK) December 25, 2016
Qrupun Facebook səhifəsinə videosu yüklənən konsertin məqsədi isə musiqi yolu ilə universal bir dil yaratmaq, mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirmək və iqlim dəyişikliyinə diqqət yetirməkdir.
Qeyd edək ki, konsertdə canlı ifa edilən mahnı da pinqvinlərin normal ürək ritmi kimi 90 vuruşdan ibarət olub.
Vüsalə