Yaşar Nurinin 3 məşhur aktyor fəndi

Mədəniyyət 16:56 14.08.2017
Azərbaycan xalqının ən sevimli aktyorlarından biri olan Yaşar Nuri artıq bu həyatda olmasa da, özündən sonra çox böyük bir sərvət, məktəb qoyub getmişdir. Onun özünəməxsus aktyor fəndləri el arasında da olduqca məşhurdur. Gəlin sevimli aktyorumuzun həmin fəndləri ilə daha yaxından tanış olaq.
 
1. Səhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək
 
Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir. Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə… Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz.
 
Yaşar Nuri bu fənddən çox böyük ustalıqla istifadı edirdi. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir (pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları il duyurdu. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində “donur”. Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayırdı. O isə “obrazdan çıxmadan” donmağıyla pərəstişkarlarının salamlarını alırdı.
 
2. Alqış “qoparıb” sonra səhnədən getmək
 
Açığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə baxaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə (yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar Nuri isə bu “əngəl”i asanlıqla aşır, bu “maneə”ni ustalıqla adlayırdı. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir. Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi “bombalar” tamaşa zamanı bədahətən partlayırdı, bəziləri isə vəziyyətə cavab olaraq.
 
3. Pauzanı saxlamaq
 
İlk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?
 
Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey “deyir”. Yaşar Nurinin ustadı Tofiq Kazımov tamaşalarını (xüsusilə də, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları…) bu cür “çoxdanışan sükutlarla” özünəməxsus ifadəliklə zənginləşdirirdi. Yaşar Nuri də ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi “rəngini” verib.
 
Seyrçilərlə ünsiyyətə arxalanaraq Yaşar Nuri bu fəndi (“mənalı sükutu”) qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır. Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın təxminən ortasında obrazı seyrçilərin “köhnə tanışına” çevirir.
 
Bildiyimiz kimi, hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya (ən yüksək gərginlik) nöqtəsi olur. Yaşar Nuri personajın seyrçiyə tanış(doğma, yaxın, anlamlı…) etdikdən sonra bir növ onu da, özünü də tamaşanın “əsas sualına”, kulminasiya sualına hazırlaşdırmağa başlayırdı. Onun məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atırdı. Hər hansı tamaşanın hər hansı epizodunda səhnədə Yaşar Nurinin oynadığı obraza sual veriləndə O bir anlığa donurdu. İlkin məqsədi budur ki, qoy seyrçi də sualı tam dərk eləsin…
 
Sonra sanki özünə varır, susurdu. Bununla seyrçiyə cavabı “proqnozlaşdırmağa” imkan verirdi. Cavabı “tapır”(hərçənd bir aktyor kimi onu öncədən rolunun mətnində bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də başlayır, amma… Amma birdən sözünü kəsir. Bu yerdə salona dönür, sanki camaatı özünə şahid tutur. Nəfəsini saxlayan seyrçinin “səbri tükənməyə” bir an qalanda xüsusi vurğuyla cavabını deyir. Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub gülüş(və ya alqış) tufanının səngiməsini gözləyirdilər. Yaşar Nurinin özü isə bu zaman ifadəli pozada “donub” ağıllı nəzərlərlə seyrçisinə baxırdı ki, bəs, gördünüz də, biz sizinlə eyni “dalğada” düşünüb eyni qənaətə gəlirik. “Pauzanı saxlamaq” fəndinin konkret zaman ölçüsünü bir kimsə təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu təyin, təmin və davam etdirə bilir.(pahoo.az)
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Hamısı