“Bir zamanlar Təbrizdə...” layihəsində təqdim ediləcək növbəti musiqi “Tut ağacı boyunca” adlanır.
Mahnının ifaçısı 1960-70-ci illərin məşhur müğənnisi Atəş Parəhdir. Əsil adı Əqdəs Nəcəfli olan müğənni adətən “el mahnıları” (ara mahnılar) oxuyub.
Qeyd edək ki, sözügedən xalq mahnısı İslam Rzayevin ifasında sevilib, bu günümüzə qədər bir çox xanəndə və müğənnilər tərəfindən ifa edilib. (Kult.az)