BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Mədəniyyət 10:47 11.05.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Ednews portalının Orta Asiya nümayəndəsi, tanınmış özbək yazıçı-publisist Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Ednews-un verdiyi xəbərə görə, təltif edilmə Özbəkistanda keçirilib. 

Şuxrat Barlas 2015-ci ildən beynəlxalq informasiya agentliyi "EURASIA DIARY"-nin Mərkəzi Asiya üzrə xüsusi müxbiri kimi Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi missiyasını yerinə yetirir. 

Uzun illər fondla əməkdaşlıq edən Şuxrat Barlas kitabları ilə, məqalələri ilə erməni terrorizmi, daşnakların azərbaycanlıların başına gətirdikləri müsibətləri, erməni yalanları haqda yazıları ilə xidmətləri olub. Onun sayəsində Qarabağla bağlı, Azərbaycanla bağlı həqiqətlər türk dünyasında və postsovet məkanında ciddi marağa səbəb olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və Fondun prezidenti Umud Mirzəyev bu münasibətlə Şuxrat Barlası təbrik edib, uğurlarının davamını arzulayıb. 

Xatırladaq ki, Salamov Şuhrat Nəsir oğlu BARLAS yeganə Özbəkistanlı şəxsdir ki, illərlə “AzTV”, “İctimai TV”, “Lider TV”, “Xəzər TV”, “CBC TV” və digər informasiya-analitik resurslarda Qarabağ haqqında verilişlərin yaradılmasına birbaşa ekspert-məsləhətçi olaraq köməklik göstərmişdir. Eyni zamanda, yeganə Özbək müəllifdir ki, Qarabağ müharibəsinin mənşəyinin tarixi, etnik münaqişə və müharibənin nəticələri ilə bağlı dünyanın müxtəlif media resurslarından özbək, azərbaycan, türk, rus və ingilis dillərində 1000-dən çox məqalə dərc etdirmişdir. İkinci Qarabağ müharibəsi zamanı o, 44 gün ərzində sosial şəbəkələrdən və dünyanın müxtəlif media resurslarından çox sayda video kontentlər yaradaraq nümayiş etdirib.

Qeyd edək ki, jurnalistika sahəsində türk dünyası üçün müstəsna xidmətlərinə görə Şuxrat Barlas bundan əvvəl Türk Dövlətləri Təşkilatının “Türksoy” beynəlxalq mükafatına da layiq görülüb. 


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı