Rusiyanın paytaxtı Moskvada Azərbaycanın karifey sənətkarı, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adına bağ salınacaq.
Bu barədə Moskva merinin müavini Leonid Peçatnikov bildirib.
Onun sözlərinə görə, M.Maqomayevin adını daşıyacaq bağın Moskvanın mərkəzində - Leontivsk və Voznesensk döngələrində salınması nəzərdə tutulub.