Mayın 23-24-də İstanbulda ilk dəfə olaraq ümumdünya humanitar yardım sammiti keçiriləcək.
“Bizim Gənclik” İctimai Birliyindən bildiriblər ki, əsas məqsəd dünya dövlətlərinin humanitar prinsiplərə dair öhdəliklərini bir daha təsdiq etmək, dünyada gedən hazırki böhranlara qarşı tədbirlərin görülməsində birgə fəaliyyətə nail olmaqdır.
Qeyd olunan sammit Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun humanitar yardım və dünya ölkələrinin böhranla mübarizədə birgə fəaliyyəti üçün qlobal çağırışının nəticəsi kimi dəyərləndirilir.
"Azərtac"