Xalq artistinin ölümü ilə bağlı şok xəbər 3 gün əvvəl... - YENİLƏNİB

Mədəniyyət 11:23 09.02.2018

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aidiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış. (lent.az)

***

Azərbaycanın xalq artisti, məşhur aktrisa Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb.
 
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
 
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.  

Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Hamısı