“Baharın 17 anı”nda gözdən yayınan səhnə… Qarabağ...

Mədəniyyət 12:00 28.02.2018

1-ci an. Qarabağ təkcə torpaq deyil!

Gəlin, müharibədə qalib və məğlub anlayışlarına bir başqa rakursdan baxaq. Diqqət edin, Rusiya 20-ci əsrin iqtisadi geriliyini dəf etməyə çalışdığı bir dövrdə ağır sanksiyalarla üz-üzə qaldı. Halbuki təkcə bir il ərzində kənd təsərrüfatı sektorunda 45 traktor sıradan çıxır, əvəzində yalnız biri istismara daxil olur. Lakin 2-ci Dünya müharibəsində sovetlərin qalib gəldiyi alman xalqının yaratdığı texnikanın keyfiyyət göstəricisini heç kəs inkar edə bilmirdi. Bütün müttəfiq qoşunların Almaniya torpaqlarına tökdükləri bombalardan sonra hərbi qənimət kimi ələ keçirilən traktorları gətirib sovet kəndlərini düz 50 il şumladılar.

Bu haqda millət vəkili Zahid Oruc yazıb. Millət vəkili vurğulayıb ki, faşizm ideologiya kimi lənətlənsə də, millətin keyfiyyət göstəricisi olan yaratdıqları maddi və mənəvi xəzinə danılmaz faktdır:

“Orta və yuxarı yaşlı adamlarımızın hamısı sovet dövrünün parlaq ekran əsəri olan “Baharın on yeddi anı” filmini və onun baş qəhrəmanı Maksim İsayevi sevirlər. Uzun illər yadımdan çıxmayan bir epizod var ki, bəlkə rejissorların, ya da ssenari müəllifinin diqqətindən yayınıb, əhəmiyyətsiz kadr kimi lentə daxil edilib və mənim aləmimdə alman ruhunu barometr kimi özündə əks elətdirən şedevr sayıla bilər.

Kəşfiyyatçı radist Ket əsirlikdən çıxmaq uğrunda hər cür işgəncəyə qatlaşarkən, sonda iki uşaq yedəyində sığınacağa yerləşib telefon arayır ki, Ştirlitsə yerini bildirsin. Yerüstü telefon köşkünə daxil olsa da, şüşəni döyəcləyən polis onu xəbərdar edir ki, o işləmir, lakin metronun içərisinə düşsə, oradan zəng vura bilər. Bax budur, tankın, topun sona qədər məhv edə bilmədiyi varlıqlar…

Hətta filmdən qopub ata-babalarımızın xatirələrinə də qayıtsaq, görərik ki, onların ağız dolusu tərif etdikləri mənzərə - dağılmış bir ölkədə, viranəyə çevrilmiş Berlində nəqliyyat sistemi iflic olmayıb işini davam etdirirsə, rabitə kəsilmirsə, onda məğlubiyyət anlayışı artıq puça çıxır. Ona görə də Almaniyadan qalib dönən sovet əsgərlərin hamısının ağlında bir parça alman intizamı, pedantlığı, quruluşu və mədəniyyəti vardı.

Deməli, Qarabağ uğrunda savaşan hər kəs öz işində işğalı aradan qaldırmalıdır. Şagird dərslərini yaxşı oxuyursa, müəllim etalona çevrilirsə, siyasətçi xalqa xidmətçi olursa, səngərdə gedən hərbi davanı udmaq o qədər də çətin olmayacaq.

Savaş hər yerdə gedir. Torpaqları partaların arasında, xəstəxana dəhlizlərində, incəsənət salonlarında və partiya klublarında axtarmaq lazımdır.

Hərə durduğu nöqtəni gücləndirsin, millət uğur qazanacaq!” (kult.az)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Hamısı