Dünya repinin və hip-hop musiqisinin mərhum əfsanəsi, amerikalı Tupak Amaru Şakura sui-qəsd edildiyi avtomobil satışa çıxarılıb.
CBS bildirir ki, 1971-ci ilin iyunun 16-da ABŞ-ın Nyu-York şəhərinin Harlem səmtində doğulmuş Tupak Şakur 1996-cı ilin sentyabrın 13-də Nevada ştatındakı Las-Veqas şəhərində vəfat edib.
O, 1996-cı ilin sentyabrın 7-də Las-Veqasda maşınının sükanı arxasında olarkən işıqforda yanaşı duran ağ rəngli Cadillac-dan açılan atəşlərlə gülləbaran edilmişdi.
Əfsanəvi reper 6 gün sonra "University Medical Center"in reanimasiya bölməsində keçinmişdi.
Reperin 1996-cı il istehsalı olan BMW 7-Series markalı avtomobili Las-Veqasda 1,5 milyon dollara satışa çıxarılıb.
"Celebrity Cars Las Vegas"ın sahibi Rayan Hemiltonun dediyinə görə, maşın tam təmir və bərpa olunub.