Gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib.
Bu haqda “Qovorit Moskva” radiostansiyana o özü məlumat verib.
80 yaşlı Kikabidze estrada müğənnisi İosif Kobzonun dəfninə gedib-getməyəcəyi ilə bağlı suala cavabında deyib: "Heç kim dəfnə dəvət etməyib. Mən hazırda xəstəxanada yatıram”.
Xatırladaq ki, Kikabidze ilə Kobzonun arası 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı dəyib.(virtualaz.org)