"Stress, problem oldu, amma əlimdən gələni etdim" | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


"Stress, problem oldu, amma əlimdən gələni etdim"

Mədəniyyət A- A A+

Avroviziya-2019 təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə yeddinci yeri tutub.

Axşam.az bildirir ki, aparıcı-müğənni və yarışmanın Azərbaycan üzrə şərhçisi Murad Arif müğənninin videosunu yayıb.

"İnstaqramda yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum", - Çingiz söyləyib.

Qeyd edək ki, yarışmanın qalibi Niderland təmsilçisi Duncan Laurens və onun səsləndirdiyi "Arcade" mahnısı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...