Ölüm xəbəri yayılan Xalq artisti danışdı | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Ölüm xəbəri yayılan Xalq artisti danışdı

Mədəniyyət A- A A+

Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. 

Eurasia Diary xəbər verir ki, C. Zeynallı "Qafqazinfo"ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi:

"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. 

Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?".  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...