Zelenski Hollivud aktyoru Tom Kruzla görüşüb | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Zelenski Hollivud aktyoru Tom Kruzla görüşüb

Mədəniyyət A- A A+

Hollivud aktyoru, prodüser və kinorejissor Tom Kruz Ukraynaya səfər edib.

Eurasia Diary yerli KİV-lərə istinadla xəbər verir ki, aktyor Ukrayna ilə bağlı layihələrini müzakirə etmək üçün bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Görüşdə Tom Kruz Prezident Zelenskiyə deyib ki, o, Ukrayna ərazisində film çəkmək istəyir.

V.Zelenski kino sahəsində şəxsi təcrübəsindən söz açaraq qeyd edib ki, bu yaxınlarda Ukrayna Ali Radası Ukraynada filmlər çəkən xarici istehsalçılara kompensasiyalar verilməsi barədə qanun qəbul edib.

Prezident əmin olduğunu bildirib ki, bu qanun Ukraynanı dünya kino istehsalçıları üçün daha cəlbedici edəcək.(Azərtac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...