“LiFFt-2019”: Avrasiya ölkələrinin mədəniyyət xadimləri Qubada

Mədəniyyət 23:12 02.10.2019

Bakıda keçirilən “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı oktyabrın 2-də Qubada davam edib.

Eurasia Diary "Azərtac"a istinadən xəbər verir ki, festival çərçivəsində Qubadakı “Şahdağ” otelində Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri və mədəniyyət xadimlərinin iştirakı ilə ədəbi görüş keçirilib.

Görüşdən əvvəl qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

“Lev Qumilyov Mərkəzi”nin direktoru Olqa Medvedko və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əlibala Məhərrəmzadənin moderatorluğu ilə keçən ədəbi tədbirdə Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaq və digər mövzularda fikir mübadiləsi aparılıb.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərini ingilis dilinə tərcümə edən Riçard Berenqarten çıxışı zamanı Qubada olmaqdan məmnunluğunu qeyd edərək, görkəmli mütəfəkkirə həsr etdiyi şeiri şəsləndirib.

İtaliyalı Nobel mükafatçısı Paolo Rufilli Quba Soyqrımı Memorial Kompleksini ziyarətdən sonra kədərləndiyini, 100 il əvvəl baş verənləri dəhşətli hadisə adlandırıb. “İnsan orada eşitdiklərindən dəhşətə gəlir. Ona görə də mən o kədəri əks etdirən şerimi oxuyuram”, - deyə P.Rufilli söyləyib.

Sonra P.Rufilli şeirini səsləndirib.

Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun prorektoru Sergey Dmitriyenko çıxışı zamanı azərbaycanlı tələbələri öz institutlarında görmək istədiyini bildirib. "Bizim üçün böyük şərəfdir ki, bu festival rusların, azərbaycanların və digər millətlərin birlikdə, mehriban yaşadığı bir ölkədə keçirilir. Yazıçı həqiqəti yazmırsa, o, artıq yazıçı deyil. Əfsuslar olsun ki, son on ildə bizim instituta Azərbaycandan tələbə gəlmir. Biz istərdik ki, onlar gəlsinlər, keçmişdə olan ədəbi tərcümə vərdişlərimizi və əməkdaşlığımızı itirməyək. Azərbaycanda olan inkişafı rus oxucusuna çatdırmaq lazımdır. Bizdə oxuyan tələbələrin təhsilləri pulsuzdur. Biz özümüz onlara təqaüd veririk. İnanırıq ki, gələn il bizə tələbələr gələcək. Arzu edirik ki, Bakıdan, Gəncədən, Lənkərandan, Qubadan olan gənclər institutumuzda təhsil alsınlar”, - deyə Sergey Dmitriyenko söyləyib.

Özbəkistandan gəlmiş Rüstəm İqbol bildirib ki, ölkəsində Azərbaycan ədəbiyyatına böyük maraq var. “Biz tanınmış Azərbaycan yazarlarının əsərlərini tərcümə edirik. Ədəbiyyat dostluğumuz əbədidir. Çox gözəl ahəngli diliniz var. Sizin xalqı sevməmək olmaz”, - deyə R.İqbol bildirib.

İsraildən olan Qeldman Mordexay isə Qubaya gözəl bir bayrama gəldiyini, lakin gördüyü soyqırımı mənzərəsinə görə təsirləndiyini deyib. “Burada mənim xalqım daşnaklar tərəfindən soyqırımına məruz qalıb. İsraildə bizim belə komplekslərimiz çoxdur. Bu dərd bizim ortaq dərdimizdir. Kompleksdə gördüklərim məni yaddaşımda olan acı xatirələrə qaytardı. İnsanın yaddaşını itirməsi fəlakətdir. Tarixi yaddaşı heç itirmək olmaz. Mən kompleksdəki şəkillərə baxdım və Polşada qətlə yetirilən yəhudiləri xatırladım”, - deyə Qeldman Mordexay qeyd edib.

Mərakeşli yazıçısı Camal Behanyan, Norveçdən olan yazıçısı Erding Kitelsen, Belçikadan gələn Silviya Mari çıxış edərək, “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının əhəmiyyətindən, ədəbiyyatın dünyanı dostlaşdırmasından danışıblar.

Daha sonra Quba rayonunun ədəbi yaradıcı mühitinin üzvləri, ziyalıları və gəncləri ilə xatirə şəkli çəkilib.

“Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı