Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir

Mədəniyyət A- A A+
Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının növbəti X qurultayı başlayıb.
 
Eurasia Diary-nin məlumatına görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.
 
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.
 
Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayev da iştirak edir.
 
Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.
 
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...