İsra Adil Mahmudun təlif etdiyi ərəb dilində "Azərbaycan dilinin qrammatikası" kitabı Misir medyasında geniş şəkildə yayıldı.
Qeyd olunur ki, kitab əsas iki hissədən ibarətdir. Kitabın birinci hissəsində, Azərbaycan dilinin qrammatikası ərəb dilinidə sadə şəkildə izah olunub. İkinci hissəsi əsasən dialoq olmaqla yanaşı, Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanımmış şəxsləri haqqında da yazılıb. Bu kitab Misirdə, ərəb dilində, Azərbaycan dilinin qrammatıkasını izah edən ilk kitabdır.
Qeyd edək ki, İsra Adil ilk dəfə 2018-ci ildə Azərbaycan dili dərsini Qahirə Universitetinin ədəbiyyat fakültəsində tədqiqatçı-alim Seymur Nəsirovdan alıb və hal-hazırda Qahirədə diaspora mərkəzində bu dili öyrənməkdə təhsilini davam etdirir. Qahirədəki diaspora mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan dünyanın 27 ölkəsindən olan 300- dən çox tələbə, Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər üzrə ödənişsiz təhsil alır.
İ. Adil Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılmışdır.