Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib

Mədəniyyət 19:16 01.12.2021

“AzerGold” QSC-nin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində həyata keçirilən tikinti-quraşdırma işləri zamanı qədim maddi mədəniyyət qalıqlarına dair yeni fraqmentlər aşkar edilib.

QSC-dən EDNews.net-ə verilən məlumata görə, üzə çıxarılan arxeoloji abidənin araşdırılması məqsədilə ərazidə işlər dərhal dayandırılıb, arxeoloji ekspedisiyanın təşkil edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə “AzerGold” QSC və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında 3 sentyabr 2021-ci il tarixində bağlanmış müqavilə çərçivəsində ərazidə çöl-tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı ərazidə Son tunc-Erkən dəmir dövrünə (e. ə. II min. sonu – I min. əvvəli) 58 daş qutu qəbir müəyyən edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbirlərdə insan sümükləri ilə yanaşı, xəncər, nizə və toppuz, bilərzik, sırqa, kəmər, muncuq və s. silah və məişət əşyaları aşkarlanıb. Əşyalar arasında çoxsaylı saxsı küpə, bardaq, qazan, kasa və s., həmçinin Misirdən gətirilmiş mavi pasta muncuqları və Hind okeanı üçün xarakterik olan kaurilərə rast gəlinib.

Arxeoloji tədqiqat prinsiplərinə uyğun olaraq ərazidə aşkar edilmiş qəbirlərin hamısı təmizlənib, foto və qrafik təsvirləri çəkilib və müvafiq qeydlər aparılıb. Maddi mədəniyyət nümunələri ərazidən götürülərək qablaşdırılıb, kameral tədqiqatların aparılması üçün İnstitutun arxeoloji fonduna təqdim edilib.

Arxeoloqların qənaətinə görə, aşkar olunan yeni arxeoloji abidə 2019-cu ildə Çovdar qızıl mədənin 3-cü topaqələviləşdirmə sahəsində tədqiq edilmiş nekropolun bir hissəsidir. Həmin dövrdə Çovdar nekropolunda aparılmış qazıntılar zamanı 156 qəbir, 6 000-dən çox eksponat tapılıb və tədqiq edilib. Hazırda həmin nümunələr əsasında yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda analizlər aparılır.

Analiz təhlillərinin nəticəsində qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatlar əldə ediləcək. Qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu öyrəniləcək. Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı