““Sehrli xalat” filmindəki polis - aktyor illər sonra mənə elçi gəlmişdi, çünki...”

Mədəniyyət 23:10 10.01.2022
“O vaxt evimizə elçi məşhur aktyorumuz Tələt Rəhmanov gəlmişdi. Sən demə gələcək həyat yoldaşım onun qohumu imiş. Mən bütün bunlardan xəbərsiz idim. Tələt müəllim bilmirdi ki, kimin üçün elçi gəlir. İçəri girib, məni görəndə ikimiz də şok olduq. O dəqiqə soruşdu ki, “Zərifə, mən heç bilməzdim ki, nə vaxtsa sənin üçün elçi gələcəyəm?” (gülür). Hər birimiz gülüşdük. Tələt müəllim bizim filmdə polis rolunda çəkilmişdi. Filmin üstündən uzun illər ötsə də o məni unutmamışdı. O həm də o vaxt “Sehrli xalat” filmində operator köməkçisi işləyirdi. Çox xoşbəxt ailəm oldu. Hal-hazırda oğlum və nəvələrim var”
 
Bunu Moderator.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra bu filmə dəvət almasından danışıb.
 
 
“Tam təsadüf nəticəsində filmdə çəkilmişəm. Günlərin bir günü bizə dedilər ki, məktəbə komissiya gələcək, mütləq saçınıza bantik vurun. Bir də gördük ki, direktorla bərabər 2 nəfər sinfə daxil oldu. Biz də çox qorxurduq, oturduğum yerdə aşağı əyildim ki, məni görməsinlər. Sən demə filmdəki Zərifə obrazına qız axtarırdılar. Nə qədər aşağı əyilsəm də məni gördülər və Afət adında qızla bizi sınaq çəkilişlərinə dəvət etdilər. Ssenarini mənə vermişdilər, oxumuşdum da. Rejissor Əlisattar Atakişiyev məndən soruşdu ki, qızım sən hansı rolda oynamaq istəyirsən? Dedim ki, Zərifə. O da dedi ki, biz də səni elə həmin obraza təsdiq etmişik. Anam güc-bəla ilə razılıq verdi, istəmirdi ki, filmə çəkilim. Filmdəki qonorardan anam evə güldan almışdı. Uşaq idik, çox əziyyətlər çəkdik. Yorulurduq, inciyirdik. Rejissorlar da, aktyor heyəti də könlümüzü alırdı. Möhsün Sənani bizə atalıq qayğısı göstərirdi. Göy səthindəki çəkilişləri etmək üçün Minsk şəhərinə getmişdik. Təxminən 1 ay orada çəkilişlərimiz davam etdi” deyə Solmaz Hətəmova bildirib.
 
Solmaz Hətəmova indiki filmlərdən də danışıb.
 
“O vaxt texnika, şərait çox zəif idi, bu qədər inkişaf etməmişdi. Elə səhnələr var idi ki, bir neçə kamera tərəfindən çəkilməli idi, amma kamera az olduğundan bir neçə dəfə aparılırdı bu çəkilişlər. Daha sonra montaj prossesində birləşdirilirdi. Amma indi hər şey var, amma baxımlı filmlər çox nadir hallarda çəkilir. Düzdü, yaxşı filmlər var, amma o dərəcədə çox deyil. Uşaq filmləri ümumiyyətlə yoxdur. Bəs bu uşaqlar nəyə baxsınlar? Nədən ibrət götürsünlər? Uşaq filmlərində dostluq, sadiqlik aşılanırdı. Nə çəkilibsə o illərdə çəkilən uşaq filmləridir. Mənə elə gəlir ki, ən yaxşı filmləri məhz uşaqlar üçün çəkmək lazımdır” deyə o bildirib.
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Hamısı