Seda Sayan və Çağlar Öktenin ötən axşam nikah mərasimi baş tutub.
Ednews xəbər verir ki, may ayında Praqada keçirilməsi planlaşdırılan Seda Sayan və Çağlar Ökten cütlüyünün toyu Seda Sayanın komandasının viza məsələsində yaşadığı problemlər səbəbindən İstanbulda baş tutub.
Seda Sayanın gəlinliyi Gülşah Saraçoğlu, Çağlar Öktenin bəy kostyumu isə Tolqa Çam tərəfiindən hazırlanıb.
Safiye Soyman və Esra Özmen Seda Sayan, Faiq Öztürk və Fuat Özdolgun isə Çağlar Ökten üçün nikah şahidi olublar. Toy mərasiminə cütlüyün yaxın dostları qatılıb.
Bal ayı üçün Parisə gedəcək cütlük daha sonra Mersində yaşayan Çağlar Ökten ailəsi ilə görüşəcək.
Qeyd edək ki, bu Seda Sayanın sayca 7-ci evliliyidir.
Ülkər İsmayılzadə