Vətən müharibəsi kadrlarının yer aldığı “Köhnə çamadanlar” filminin təqdimatı oldu

Mədəniyyət 17:50 01.05.2022
Nizami Kino Mərkəzində Vətən müharibəsini əks etdirən real döyüş kadrlarının yer aldığı “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib.
 
Ednews xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri iştirak ediblər.
 
Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar ekran işində əksini tapıb. Əsas rolları respublikanın Xalq artistləri - Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər - Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları canlandırıb.
 
Böyük zəfərin debüt filmi nikbin sonluqla yekunlaşır. Ekran əsərində Azərbaycanın erməni vandalizminin qurbanına çevrilən minlərlə qəhrəman oğul və qızlarının qanının yerdə qalmadığı, qisasının alındığı vurğulanır. Qeyd edək ki, filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real döyüş kadrları ilə yanaşı, ön cəbhədən gələn müjdəni qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır.
 
Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə olunub.
 
İkinci Qarabağ müharibəsinin debüt filmini göz yaşları və həyacansız izləmək mümkün olmayıb. Sonsuz alqışlarla qarşılanan filmin təqdimat mərasimində iştirak edən müharibə şahidləri bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb.
 
Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxışında müharibənin ağır günlərinin şahidi olduğunu qeyd edib.
 
Filmlə bağlı təəssüratlarını bölüşən Əməkdar artist Gülzar Qurbanova ekran işində əməyi keçən hər kəsə minnətdarlıq edib: "Bu, köhnə çamadanların içində bizim uşaqlığımız, gəncliyimiz, o günlərin həqiqətləri, tarixin bir parçası var. Sarsıntı və kədərimiz, arzu və xəyallarımızdan yığılan xatirələr var. Azərbaycan qadınının Birinci Qarabağ müharibəsində yaşadıqlarına baxmayaraq, nə qədər güclü olduğunu burada gördük. Çamadanların içərisində olan ümidimiz, inamımız bizi qələbəyə gətirdi. Ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş əyirəm".
 
Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır. 2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” tammetrajlı bədii film “RS Production”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. “OYUN” inklüziv teatr MMC-nin istehsalı filmin baş sponsorları “RS Production” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı