Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Anar Kərimov tərəfindən sentyabrın 23-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun 240-cı kilometrliyi) Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən Ednews-a bildirilib ki, vətəndaşlar sentyabrın 19-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.