Bakıda Milli Kulinariya Konqresi keçirilib

Mədəniyyət 14:53 24.10.2022
Bugün Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirilib. ​
 
Ednews xəbər verir ki, konqresin keçirilməsinin əsas məqsədi milli kulinariyanın və qastro turizminin inkişafına dəstək olamaq, yerli istehsalçılar və fermerlər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək üçün platforma yaratmaq, həmçinin yerli tərəvəzlərdən istifadə ideyasını təşviq edən “0 km” fəlsəfəsini təbliğ etməkdir.
 
Tədbirdə milli kulinariya nümunələrinin tanıdılması və təbliği istiqamətində görülən işlər haqqında məlumat verilib ​ və ​ bir sıra yeni məhsulların təqdimatı keçirilib.
 
Tədbirdə çıxış edən edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın dünyada “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensialının olduğunu və son illərdə bu istiqamətdə bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib.
 
Agentlik sədri qastronomiya turizminin inkişafının yalnız ölkənin milli mətbəxinin deyil, həmçinin zəngin maddi-mədəni irsinin, tarixi ənənələrinin, mədəniyyətinin dünyaya tanıdılmasına baxımından mühüm amil olduğunu bildirib.
 
O, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüldüyünü də diqqətə çatdırıb. Fuad Nağıyev kulinariyamızın beynəlxalq səviyyədə tanıdılması, milli mətbəximizin dünyada özünəməxsus vacib yerə malik olduğunu dünya ictimaiyyətinə çatdırmaq, bütövlükdə bu sahənin inkişafı üçün sənayenin birgə fəaliyyətinin önəmli faktor olduğunu vurğulayaraq mütəşəkkil və koordinasiyalı fəaliyyətin əsas məqsəd olduğunu qeyd edib.
 
Təbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov gənclərin milli mətbəximizin qorunub saxlanması və inkişafında rolunun artırılması üçün zəruri ​ olduğunu, dövlətimiz tərəfindən bütün sahələrdə ​ olduğu kimi kulinariya sahəsində də gənclərin fəaliyyətinə şərait yaradıldığını və onların beynəlxalq müsabiqələrdə iştirakını dəstəkləndiyini qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Azərbaycanda kuinariya sahəsində məşğul olan kiçik və orta sahibkarların inkişafı üçün mövcud dəstək mexanimzlərindən danışıb. O qeyd edib ki, KOBİA tərəfindən restoran və kafe biznesi üzrə sahibkarlar və aşpazlar üçün maliyyə dəstəyi ilə yanaşı, ​ satış mexanizmləri yaradılır ki, bu da yeni bizneslərin formalaşması və saylarının artmasına şərait yaradır. O əlavə edib ki, kulinariya sahəsinin dəstəklənməsi həm də turizm üzrə yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına kömək edir.
 
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq tədbirlərdə Azərbaycanın milli mətbəxinin geniş təbliğatının aparıldığını qeyd edib, qastronomiya turizminin və milli şərabçılıq ənənələrinin tanıtımı üçün enoturizmin inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında məlumat verib. ​
 
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodolji bazanın təkmilləşməsinə yönəldiyini, mərkəzin milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevrilməyini hədəfləyini vurğulayıb.
 
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli çıxışında Assosiasiyanın fəaliyyəti və planlaşdırılan layihələr haqqında məlumat verib. O, kulinarları birləşdirən ictimai təşkilat olaraq bu növ tədbirlərin keçirilməsinə hər zaman önəm verdiklərini və beynəlxalq yarışlarda təmsil olunmağın vacibliyini qeyd edib.
Tədbir panel sessiyalarla davam edib və tanınmış aşpazlar tərəfindən ustad dərsləri keçirilib.
 
Günel Həsənova
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı