Noyabrın 3-də Moskvada, Rusiya хalqlar dostluğu universitetinin (RXDU) filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçirilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı RXDU-nun filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov yayıb.
Onun sözlərinə görə, Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyətinin (MVAMMM) təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd edilib ki, auditoriyanın məqsəd və təyinatı zəngin irsi olan milli ədəbiyyatı təbliğ etməkdir.
Məlumat stendlərində Azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyatımızın dünya mədəniyyətindəki rolu xüsusi qeyd edilib.
Xatırladaq ki, təntənəli mərasimə Azərbaycan və Rusiya dövlətlərinin müvafiq hakmiyyət orqanlarının təmsilçiləri, universitetin elmi-pedaqoji kollektivi, məzunları, dövlətlərarası, qeyri-hökümət təşkilatlarının nümayəndələri, diaspor fəalları və KİV mənsubları iştirak ediblər.