“Azərbaycanda rəssamlıq tənəzzülə uğrayır” Rəssam Əli İsmayılla ÖZƏL MÜSAHİBƏ

Mədəniyyət 15:04 23.12.2022

Rəssam Əli İsmayılın fikrincə, S.Bəhlulzadə adına sərgi salonu Rəssamlar İttifaqının balansına verilməlidir. O, həmçinin təklif edir ki, bu gün  mütləq şəkildə şanlı Zəfərimiz, qəhrəman millət obrazı rəssamlarımızın işıqlandırmalı olduğu ən mühüm mövzulardan biri olmalıdır.

Söhbət əsnasında Ə.İsmayıl bildirib ki, bu gün insanlarda zövqsüzlük sindromunun müəliifi reytinq arxasıyca qaçan televiziyalardır.

Ednews tanınmış rəssam Əli İsmayılla müsahibəni təqdim edir.

- Günümüzdə rəssamlıq digər incəsənət qollarından inkişaf və ya hərəkət baxımından niyə bir qədər geri qalır?

- Sovet dövründə Azərbaycan incəsənəti və mədəniyyəti əsasən cəmiyyətin ümumi səviyyəsi ilə birbaşa əlaqədar olduğu üçün, hərtərəfli və dinamik qaydada inkişaf edirdi. Fərqli, azərbaycanlı düşüncəsinin, azad insan fikirlərinin ziddinə bir ideologiyada yaşasaq da, bu dövrdə təhsil alan, yetişən rəssamlar yüksək professionallığa malik sənətkarlar idi və bu hal demək olar ki, bu gün də davam edir. Amma sovetlərin dağılması və yeni müstəqil ölkələrin yaranması ilə bütün sahələrdə olduğu kimi, rəssamlıqda da bir boşluq, keçid dövrü adlanan xaos və nizamsızlıq yaratdı. Və əgər bu gün artıq bu və ya digər şəkildə mədəinyyət və incəsənətin digər sahələri müəyyən qədər özlərinə gəliblərsə, rəssamlığımızda hələ ki, bərpa  prosesi davam edir. Təbii ki, bunu şərtləndirən amillər müxtəlifdir. Bu amillərdən biri keçmiş quruluşda müəyyən mövqeyə, imtiyazlara malik olan rəssamlar təbəqəsinin bu imtiyazlardan məhrum olması, rəssamlar ittifaqı üzvlərini həmişə və sistematik qaydada dövlət sifarişləri ilə təmin edən Bədii istehsalat fondunun, əvvəlki nəşriyyatların artıq mövcud olmamasıdır.

Xatırladım ki, 90 –cı illərin ortalarına qədər fəaliyyət göstərmiş Bədii Fondda ümum ölkə üzrə idarə və təşkilatların təsviri sənət  (portret, mənzərə və tematik kompozisiyalar), tərtibat və reklam, foyelərin tərtibatı, şəhərsalmaya uyğun müxtəlif monumental sifarişlər (mozaika, freska, panno, panoram və s.) kiçik ölçülü heykəl və relyeflər, park tərtibatları və s. toplanaraq artıq professional rəssam kimi fəaliyyət göstərmək üçün icazəsi olan rəssamlara - Bədii Fond üzvlərinə  konkret sifarişin əks olunduğu paket  təqdim olunurdu. Bu paketdə də rəssama edilən sifariş və onun ölçü parametrləri, təhvil müddəti və alacağı maaş göstərilirdi. Eyni zamanda hazır sifarişlər Bədii Fondda Fəaliyyət göstərən Bədii Şura tərəfindən qəbul olunmalı idi ki, burada da məşhur və adlı-sanlı rəssamlar iştirak edirdilər. Rəssamların məşğulluq proqramı üzrə digər bir sahə qrafiki rəssamların nəşriyyat və redaksiyalarda fəaliyyəti və kitab-jurnal tərtibatı ilə məşğul olması idi.

- Bəs bu günkü vəziyyət necədir? 

- İlk başdan onu deyim ki,  istər müasir, istər kitab çapı tərtibatı və kitab poliqrafiya mədəniyyəti, dərsliklər, müxtəlif sifarişlər sistematik və yoxlanılmış şəkildə verilmədiyi üçün, tanışlıq və yaxınlıq əlaqələri əsas götürüldüyü üçün,  olan-qalan sifarişlər əksər hallarda diletant, həvəskar rəssamlara verilir. Əsil, yaradıcı rəssamlar isə diletant rəssamların eybəcər halda icra etdikləri, cəmiyyətin isə, bir növ Azərbaycan rəssamlığının başına qaxınc hesab etdikləri sifarişlərə ürək ağrısı ilə baxırlar. Bu gün gözəl və professional rəssamlar bir çox digər çətinliklər də yaşayırlar: rəssamlarımız öz sərgilərini açmaq üçün kiməsə möhtac qalır, sponsor axtarır və tapa bilməyəndə isə onun sərgisi, demək istədikləri cəmiyyətə çatmır. Bəlkə də bir zamanların ən varlı və aktiv insanları olan, öz halal zəhməti ilə dolanan rəssamlar üçün belə hallar alçaldıcıdır. Bu gün bu sətirlərin müəllifi də olmaqla rəssamlarımızın əksəriyyəti müəllimlik edir ki, bu da axır nəticədə ölkəmizdə əsil rəssamlıq sənətinin tənəzzülü ilə nəticələnə bilər. Ona görə də həm Rəssamlar Ittifaqı, xüsusən incəsənət xadimləri bu sahədə ciddi tədbirlər görsələr sənətimizi, Azərbaycan rəssamlığını dövrün çətinlik məngənəsindən xilas etmiş olarlar.

- Belə çıxır ki, Azərbaycan rəssamlıq ağır dövrünü yaşayır...

- Bir tərəfdən də Azərbaycan xalqının keçid dövründə yaşadığı keşməkeşli siyasi və iqtisadi vəziyyət, faciələrimiz, itirilən ərazilərimiz və digər çətinliklər nəticəsində ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də sənətsevərlər tərəfindən rəssamlıq əsərlərinə marağın azalmasına səbəb olmuşdur ki, burada da uduzan tərəf əsasən rəssamlar olub.

 - Rəssamlar İttifaqı bu sahədə nə işlər görür?

- Bu gün rəssamları birləşdirən yeganə qurum ictimai əsaslarla fəaliyyət göstərən Rəssamlar İttifaqıdır. Təqribən iki min üzvü olan bu qurum bu gün əsasən onun tabeliyində olan sərgi zallarında ittifaq üzvlərinin yaradıcı sərgilərini və digər ölkə miqyaslı sərgilər keçirir. Zənnimcə bu gün Rəssamlar İttifaqı rəssamların həyat və şəraitinin yaxşılaşdırması üşün dövlət idarələrindən müəyyən təkliflər edilən tədbirlər planı hazırlamalıdır.  Bu təkliflərdən də biri Bədii Fondun müəyyən mənada, yaxud masirləşdirilmiş formada bərpası xahişi ola bilər. Belə olan halda bütün ölkə üzrə (istər ofis, dövlət binaları, istərsə də xüsusi mülkiyyət olsun) sifarişlər bir mərkəzdə cəmlənib rəssamlar arasında ədalətlə paylana bilər. Çünki bu işdə artıq ədalətsizlik və avtoritetli rəssamlar arasında qruplaşmalar mövcuddur ki, onun nəticəsində, pərakəndə də olsa, olan-qalan dövlət sifarişləri onların süzgəcindən keçib ehtiyac içində yaşayan rəssamlara çatmır. Bu məsələ nağıllardakı suyun qabağını kəsmiş əjdahaya  bənzəsə də,  əslində həqiqətdir. Və bu gün  korrupsiyalaşma təəssüf ki, sənətimizə də gəlib çıxmışdır və çox ciddi məsələdir. Bu sahədə ideoloji boşluq var deyən bəzi yoldaşların nəzərinə çatdırım ki, xalqımızın milli qəhrəmanları, xalq qəhrəmanları obrazları, görkəmli insanlarımız, ümummilli obraz, ölkəmizin gözəl relyefi və landşaftı, mənzərələri, mühüm tarixi hadisələrin təsviri  kimi sənətdə canlandırılması mühüm olan  çox-çox mövzularımız var.

- İttifaqa müraciət etmisiniz?

- Rəssamlar ittifaqının rəhbərliyinə də müraciət edirəm ki, ölkə incəsənətinə töhvələr vermək, rəssamlıq əsərlərinin səviyyəsini qaldırmaq üçün ildə iki dəfə şərti adı “Yaz” və “Payız” olan, iki böyük ümümrəssamlıq sərgisi keçirilsin ki, ( təbii ki, çoxsaylı və fərdi sərgilər öz yerində) bu sərgilərə həm Rəssamlar ittifaqı, eyni zamanda dövlət rəhbərliyi tərəfindən olan diqqət sərgilərin statusunu, həm bu sərgilər üçün  işlənəcək əsərlərin keyfiyyətini, eləcə də rəssamların məsuliyyətini artıracaqdır ki, bu da rəssamlığımızı yeni bir statusa, əvvəlki şöhrətinə qaldırmaq baxımından əhəmiyyətli olardı. Üstəlik də 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimiz, qəhrəman millət obrazı bu gün rəssamlarımızın işıqlandırmalı olduğu ən mühüm mövzulardan biridir.  Bu sahədə ən böyük hadisə isə S.Bəhlulzadə adına sərgi salonunun Rəssamlar İttifaqının balansına verilməsi olardı. Bir zaman  Azərbaycan rəssamlığının şöhrətlənməsində böyük rol oynayan bu sərgi zalı bu gün mədəniyyət nazirliyinin balansındadır və çox acınacaqlı vəziyyətdədir.

- Niyə rəssamlıq musiqi və ya ədəbiyyat qədər aktual deyil?

- Bu məsələdə deyərdim ki xalq, yaxud əhali kontingentimiz öz zövqündə sərbəstdir. Belə baxanda xalqımız kitab oxumur. Kitab oxumursa, onda rəssamlıq əsərləri ilə də maraqlanmırlar. Musiqi də deyəndə daha populyar olan ara mahnıları və zövqsüz toy müğənnilərinin öz tamaşaçıları var, bu da xalqımızın arasında çox şükür azdır. Konkret rəssamlara gələndə isə, onlar bildiyim qədər daha çox Azərbaycan klassik və muğam musiqisini, caz və rok musiqisini xoşlayırlar.  Amma yeri gəlmişkən deyim ki,  xalqımıza etalon zövqsüzlük sindromu aşılanmasında  ölkəmizdə bəzi televiziya kanallarının fəaliyyətini çox ziyanlı hesab edirəm və ümidvaram ki,  diletant və ucuz toy musiqiçilərini millətimizə zövq etalonu kimi təqdim edən kanallar bağlanacaqdır. Bir şeyi də qeyd edim ki, belə TV-lərin tərbiyə etdiyi kütlələr nə əsil sənəti, nə də əsil musiqinin dəyərini anlamazlar. Belə insanlarımızın evlərində nə kitab, nə də rəsm əsəri görə bilməzsən.

- Həmçinin rəssamlar cəmiyyətdə, ictimayətdə olan hadisələrə niyə reaksiya vermir?

- Məncə, bu səhv fikirdir. Əksinə, rəssamların ictimai məsələlər, siyasi proqnozları, eləcə də sənətin digər sahələrinə  olan yaradıcı təklif və münasibətləri, əlaqələri, Vətəni gözəl görmək istəyi və bu sahədə olan qüsurları  daha dəqiq görmək və qiymətləndirmək bacarığını, problemin islahını hamı bilir. Xüsusən ictimaiyətdə olan aktual problemlərə qarşı mübarizə və ictimai mənafe, düzgün vətəndaşlıq mövqeyi və vətənpərvərlik rəssamlarımızda yüksəkdir.

Söhbətləşdi: Oğuz Ayvaz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı