Şerilərini dostu oğurladı, onu tənqid edən gənc yazarı öpdü Zəlimxan Yaqubdan Maraqlı faktlar

Mədəniyyət 11:04 09.01.2023

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür. Ednews mərhum şair haqqında maraqlı əhvalat və faktları təqdim edir.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Polad Bülbüloğlu filarmoniyanın direktoru olanda Hüseyn Ariflə görüş təşkil edir. Afişalar asılır, elanlar verilir, görüşə gözlənilməz sayda adam gəlir. Ancaq Hüseyn Arif gəlmir. Bir-neçə saatlıq axtarışdan sonra məlum olur ki, gecə evində deyilmiş, dostlarına qoşulub Qazaxa gedib. Görüşün aparıcısı gənc Zəlimxan fenomenal yaddaşının hesabına üç saatlıq tərbiri elə aparır, Hüseyn Arifin yoxluğu hiss olunmur.

Onun doğrudan da fenomenal yaddaşı vardı. Nəinki şeiləri, hətta dastanları, bəzi nəsr və pyes parçalarını əzbər bilirdi. Vəfat edəndə şair Rüstəm Behrudi demişdi: "Azərbaycan şeiri öz yaddaşını itirdi”.

***

Zəlimxan Yaqub bir neçə şeirini olduğu kimi Hüseyn Arifin yeni çıxan kitabında görür və dərhal ona zəng vurub iradını bildirir. Hüseyn Arif cavab verir:

- Nə fərqi var, ikimiz də xalq üçün yazırıq!

***

Bu əhvalatın başqa bir versiyasında Hüseyn Arifin cavabı belədir:

- Zərər yoxdur, sən də kitab çıxardanda, mən iki-üç şeir kömək eləyərəm.

***

Zəlimxan Yaqub Xalq şairi Hüseyn Arifi çox istəyirmiş. Hər görüşəndə mehribanlıqla qucaqlayıb üzündən öpürmüş. Bir gün öpəndə Hüseyn Ariflə zarafatlaşır:

- Görürsən də, qağa, camaatı gözəl xanımlar öpür, səni də Zəlimxan!

Hüseyn Arif gülür və bu zarafatı sonralar bir qoşmasında əbədiləşdirir.

***

Zəlimxan Yaqub həm də gənc və imkansız yazarlara inanılmaz dərəcədə qayğı göstərən, onların problemlərinin arxasınca uşaq kimi yüyürən xeyirxah bir insan kimi yaddaşlarda qalıb.

***

Deputat seçiləndə bəziləri onu “Saray şairi” adlandırırdı. Özü isə xatircəm idi: “Mən deputat mandatına daha çox yaxşılıq etmək imkanı kimi baxıram.”

***

Bir gün Zəlimxan Yaqub gənc yazarları yığıb qonaqlıq verirmiş. Seymur Baycan qəfil şairi tənqid etməyə başlayır. Şair halını pozmadan onu axıracan dinləyir, sonra ayağa qalxıb Seymurun saçından öpür və deyir:

- Ay oğul, görürsən, mən durdum, sənin saçından öpdüm, amma o saçından bir tük yeməyimə düşsəydi, götürüb atardım. Deməyim odur ki, hər şeyin öz yeri, məqamı var. Süfrə üstündəyik.

***

Qohumlarından biri şəhərə döyüşkən xoruz gətiribmiş. Səhər yeməyində Zəlimxanın oğlu deyir ki, o xoruzları verərsən mənə, döyüşdürəcəm. Zəlimxan Yaqubun əsəbi səsi eşidilir:

"Yüz il qala ağlıma gəlməzdi ki, oğlum böyüyüb xoruz döyüşdürən olacaq!”

***

Zəlimxan Yaqubu “Şıxov” çimərliyində görən iki nəfər mübahisə edir; biri deyir, bu, şair ola bilməz, o biri dirəşir ki, özüdür. Uzun mübahisədən sonra gedib soruşmağa qərar verirlər.

- Siz Zəlimxan Yaqubun qardaşısınız? – olmaz deyən adam soruşur.

Zəlimxan Yaqub sakitcə:

- Bəli, - deyir, - qardaşıyam.

Adam qalib əda ilə əlini yuxarı qaldırır:

- Gördün? Zəlimxan Yaqubun “Şıxov”da nə işi var? O indi süd vannası qəbul edir.

***

Xəstələnəndə onlarla adam zəng eləyib deyirmiş ki, böyrək lazımdısa, verməyə hazırıq.

***

Zəlimxan Yaqub məclislərin birində elçiliyə getməyindən danışırmış. Adamlardan biri dərindən ah çəkib, deyir:

- Siz də ki, bu dil-fel var, o vaxt yaşasaydınız Leylini Məcnuna alardınız, məsələ həll olunardı!

 

***

Dostlarından biri ona deyir:

- Şair, böyrəyində xəstəlik var, yəqin yazmağı dayandırarsan.

Zəlimxan Yaqub cavab verir:

- Mən şeiri ürəyimlə yazıram, böyrəyimlə yox!

***

Yasamalda yaşadığı vaxt hər səhər işə gedəndə bir kəmfürsət yolunun üstündə durub "Zəlimxan müəllim, sabahınız xeyir” deyirmiş. Zəlimxan Yaqubsa cavabında “Axşamınız xeyir” deyirmiş. Bu minvalla söhbət dəfələrlə təkrarlanır. Bir gün adam dilə gəlir:

- Zəlimxan müəllim, mən "sabahınız xeyir” deyirəm, siz "axşamınız xeyir”, niyə?

Cavab:

- Sözün dəyərini bilməyənləri görəndə dünya mənə həmişə zülmət olur.

 

***

Deyilənə görə, Zəlimxan Yaqubun xanımı evin qayğılarına görə bir balaca xəsislik edirmiş. Şair də əliaçıq! Axşam verdiyi pulu səhər geri ala bilmirmiş. Bir gün qapılarına müalicəvi ot və çiçəklər satan bir qadın gəlir. Zəlimxan müəllimin xanımına deyir:

- Yüzcə manatlıq çiçək alıb, dəmləsən, ürəyin istəyən qədər arıqlayarsan!

Bunu eşidən şair şirin-şirin gülür:

- Ay bacı, sən ondan əllicə manat alsan, öz-özünə arıqlayacaq, ota-çiçəyə ehtiyac olmayacaq!

Oğuz Ayvaz 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı