Xalq artisti Brilliant Dadaşova ötən gün 85 yaşında vəfat edən sovet kinosunun əfsanəvi ulduzu Vaxtanq Kikabidze ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, sənətçi mərhumla illər əvvəl çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, bu xəbərdən kədərləndirdiyini yazıb.
“Səsini sevdiyim, musiqiləriylə, oxumaq mədəniyyətiylə qəlbimdə yaşayan görkəmli insan, böyük ürək sahibi, əvəzolunmaz Vaxtanq Kikabidze dünyamızı tərk etdi. Bu vəfasız dünya daha bir dühasını yola saldı. Kədərimiz sonsuzdur”, - deyə Brilliant bildirib.
Oğuz Ayvaz