Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

İqtisadiyyat 19:33 15.05.2024

Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib.

Ednews bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Xəzərin “yaşıl enerji” potensialını geniş coğrafiyada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə, təmiz enerji keçidinə yönəldən bu strateji layihənin sürətli reallaşdırılmasının kritik önəm kəsb etdiyini bildirib və prosesi təşviq edən təklifləri diqqətə çatdırıb. Müzakirələr zamanı “CESI” şirkəti tərəfindən hazırlanmış “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırmasının (TİƏ) ilkin hesabatı, həmçinin “yaşıl enerji” dəhlizinin fiber optik komponenti ilə bağlı təqdimatı dəyərləndirilib. Bununla da TİƏ üzrə birinci tapşırığın tamamlandığı qeyd olunub.

Layihəyə PCI/PMI statusunun əldə edilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, ekspert qrupu, məsləhətçi şirkətə bununla əlaqədar müvafiq tapşırıqlar verilib, Avropa Komissiyasına birgə müraciət etmək və prosesi asanlaşdırmaq məqsədilə zəruri tədbirlər görmək razılaşdırılıb. Həmçinin layihənin sürətli icrasında mühüm rola malik dörd ölkənin ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması ilə bağlı proseslərin tezləşdirilməsi vurğulanıb. Tərəflər birgə müəssisənin Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması barədə qərar qəbul ediblər. Eyni zamanda, birgə müəssisənin üzvləri arasında Anlaşma Memorandumun tezliklə imzalanması razılaşdırılıb. Birgə müəssisə ilə bağlı fəaliyyətdən irəli gələn məsələlərin həlli məqsədilə Katibliyə - Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə qısa müddətdə görüşün təşkili tapşırılıb.

Bundan başqa, Bolqarıstanın birgə müəssisədə iştirak niyyəti müsbət qarşılanıb, həmçinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, “yaşıl enerji”yə keçid və Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin qurulması kontekstində Qazaxıstan və Özbəkistanın layihəyə marağından, atılan addımlardan da bəhs edilib.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın cari ilin iyul ayında Buxarestdə keçirilməsinə qərar verilib.

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Dan Draqos Draqan, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı