Rəşad Məcid "Əqrəb mövsümü”ndən yazdı: “Yeni nəfəs gətirəcək”

Mədəniyyət 13:01 24.01.2023

“İctimai Televiziya ilə yayımlanan "Əqrəb mövsümü” serialı barədə zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin sosial şəbəkədə paylaşdığı müsbət fikirlər diqqətimi çəkdiyindən ilk imkanda bu seriala baxmaq fikrinə düşdüm. Əvvəl-əvvəl filmin son seriyalarından birini ötəri izlədim və dərhal diqqətimi cəlb elədi. Uzun illərdən bəri seriallarımızda tamaşaçını diksindirən süni, qurama dil burada yox idi. Personajlar təbii, normal dildə - bizim bir-birimizlə danışdığımız kimi danışırdılar. Təkcə bu nüansdan hiss olunurdu ki, iş peşəkarların əlindən keçib”.

Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz facebook profilində yazıb. O, qeyd edib ki, bu xoş təəssüratın ovqatında 2-3 gün müddətində əvvəlcə "Əqrəb mövsümü”nün yutuba yüklənmiş 8 seriyasını, sonra isə yenə İctimai TV-də efirə gedən və eyni rejissorun çəkdiyi "Körpü” serialını böyük zövq və məmnunluqla izlədim.

“"Əqrəb mövsümü” serialında aktyor oyununun peşəkar səviyyəsinə söz ola bilməzdi. Hikmət Rəhimovla Abbas Qəhrəmanovun oyununu əvvəllər müxtəlif tamaşalarda görmüşdüm. Hər ikisi bu serialda da olduqca peşəkar oynayırdı. Azər Aydəmir də rolunun öhdəsində məharətlə gəlmişdi. Filmdəki o biri aktyorların oyununda da hansısa sünilik, çatışmazlıq hiss olunmurdu. "Körpü” serialında isə Nofəl Şahlaroğlu, Elnur Hüseynov, eləcə də digər aktyorların oyunları zövq verirdi. Bundan əlavə, "Körpü”nün detektiv süjeti arasında çatdırılan müxtəlif səpkili sətiraltı fikirlər və sosial mesajlar da diqqəti çəkirdi. Hər iki serialın operator işi isə yüksək səviyyədə idi”.

R.Məcidin sözlərinə görə, filmlərə baxandan sonra aktyorlar Azər Aydəmir və Hikmət Rəhimovun "Əqrəb mövsümü” serialı başlayan gün İTV kanalındakı söhbətlərinin yutubdakı videoyazısını və hər iki filmin quruluşçu rejissoru olan Emil Quliyevin "3D” verilişindəki müsahibəsini izlədim.

“Emil Quliyevin ehtiraslı və enerjili aurası, təvazökar davranışı, Azərbaycan kinosu barədə sevgi, təəssüb və can yanğısı ilə səsləndirdiyi fikirlər tamaşaçını əvvəldən axıracan öz təsirində saxlayır, fərqli yanaşma və düşüncəyə sahib, standartlardan uzaq bu gənc kino adamının kinomuzun tərəqqisini səmimi qəlbdən istədiyi zərrə qədər də şübhə oyatmırdı. Hiss olunurdu ki, kinonu intuitiv səviyyədə, iliyinəcən duyan rejissor aktyorlarla da bu inersiya ilə işləyir və ona görə də maksimum nəticə əldə etməyi bacarır.

Bu ilk tanışlıqdan sonra Emil Quliyevlə bağlı kiçik bir araşdırma apardım, bu seriallara qədər onun "Pərdə” adlı film-trilogiya çəkdiyini və mental problemə toxunulan bu filmin kino ictimaiyyətinin böyük marağına səbəb olduğunu öyrəndim.

 

Sosial şəbəkələrdə bu seriallarla bağlı müxtəlif fikirlərə rast gəldim. Kiməsə irad tutmağa, mız qoymağa hazır olanlar həmişə olub və indi də var, amma bununla belə, əksəriyyətin mövqeyi kifayət qədər müsbət idi. Bu rəylərin böyük qismində hər iki serialın rejissoru, aktyorları və bütövlükdə yaradıcı heyəti haqqında yüksək fikirlər səsləndirilirdi. Mən də hesab edirəm ki, bu serialların yaradıcı heyətini, onlara bu şəraiti yaradan İctimai TV rəhbərliyini, rejissor Emil Quliyevi, operatoru, bütün peşəkar aktyorları yalnız təbrik və təqdir etmək lazımdır. İnanıram ki, onların ortaya qoyduqları bu nümunələr Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcək, bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcək.”

Oğuz Ayvaz 

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
SOCAR-ın enerji keçidi sahəsində təcrübəsi Tailandda öyrəniləcək
15:40 15.05.2024
"Erməni polkovnik Rusiya Müdafiə Nazirliyini qarışdırır" - Ədalət Verdiyevdən EKSKLÜZİV - VİDEO
15:30 15.05.2024
Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb
15:20 15.05.2024
Nazir müavini: "Azərbaycanda 150 min hektarda müasir suvarma sistemlərinin tətbiqi planlaşdırılır"
15:15 15.05.2024
Hamısı