Məşhur aktyor Jerar Depardye Rusiyanı tərk edib və Ukrayna ordusu üçün pul ianə edib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə aktyorun özü xəbər verib.
“Mən rusiyalı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm”, - deyə Depardye bildirib.
Qeyd edək ki, 2013-cü ildə Rusiyaya köçən Depardye Rusiyanın Ukraynaya hücumunu elə ilk günlərdən pisləyib və Rusiya Prezidenti Vladimir Putini kəskin tənqid edib.
Oğuz Ayvaz