Ölümündə tibb bacısını günahlandırdılar, Mircəfər Bağırov onu bağışladı Azərbaycanlı şairdən Maraqlı faktlar

Mədəniyyət 13:01 17.02.2023

Bu gün Azərbaycan şairi Əliağa Vahidin doğum günüdür. Ednews mərhum şair haqqında maraqlı faktları təqdim edir.

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib.

Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

***

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. 

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

***

Hüseyn Cavidlə bir məclisdə imişlər. Vahid badə qaldırmaq istəyəndə Cavid artıq tövbə etdiyini və içmədiyini deyir. Vahid özünü sındırmadan bədahətən bu misraları söyləyir:

Cavid eləyib şərabı tövbə,

Yarəb, bizə çatmasın bu növbə!

***

Yaz-yay mövsümlərində Vahidin əlində həmişə qızılgül olub.

Şair siqareti çox çəkərmiş. Gündə 4-5 qutu siqaret çəkər, hətta bəzən çatmazmış. Ondan soruşanda ki, niyə bu qədər çəkirsən? Deyərdi, adamın sağlam ölməyə heyfi gəlir.

***

Bir gün xəstəxanada ona qulluq edən tibb bacısına sataşmaq üçün “adamın belə arvadı ola” deyir, həmin qadın da zarafatla qayıdır ki, “alsan, niyə olmur”. Bu zarafat onların evlənməsiylə nəticələnib.

***

Əliağa Vahid ədəbiyyata qədəm qoyanda Birinci Dünya Müharibəsi də yenicə başlamışdı. “İqbal” qəzetində satirik şeirlər yazırdı. Qəzetin redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi.

***

Şairin Hitleri, faşizmi lənətləyən şeirləri xalqın dilində dolaşırdı. Buna görə Vahidə “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilib.

***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Vahidin ağciyərlərində xəstəlik olub. Buna baxmayaraq onu yerli komissarlıq müharibəyə göndərmək istəyib. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.

***

Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

***

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və deyirmiş: “Ona borclu idim.”

***

Şair rəsmi evli olmayıb. Arvadı ilə dini kəbinli olublar. Əliağa rəsmi nikah etdirmək istəyib, arvadı razı olmayıb.

***

Mircəfər Bağırov şairin yaradıcılığını yüksək qiymətləndirirdi. Bağırovun arzularında biri də şairə Stalin mükafatı təqdim edilməsi idi. Buna görə də ona növbəsiz mənzil vermişdi.

***

Əliğağa Vahid həyat yoldaşından 30 yaş böyük idi. Yoldaşı onu sevmirdi. Şairin istedadına, şöhrətinə vurulmuşdu. Hətta arvadı deyirdi: "Sən mənə yaraşmırsan. Mən gözələm, sən çirkinsən".

***

Şairin itlərə xüsusi sevgisi vardı. Günlərin birində çox sevdiyi bir iti ölür. Xəbəri eşidən dostları onu dolamaq istəyir. Gecəyarı gəlib başsağlığı verirlər. Vahid halını pozmadan unikal cavab verir: arvad, yemək-içmək hazırla, itin qohum-əqrəbası gəlib.

***

Bağda vəziyyəti pisləşib, tibb bacısı iynəni gec vurduğu üçün ölüb. Tibb bacısı məsələsi sonradan yayılıb. Məlum olmayıb ki, tibb bacısı iynəni qəsdən gec vurub, yoxsa bu, sadəcə səhlənkarlıqdan olub.

***

Şairin ölümü xalqı dərindən kədərləndirir. Onu sevənlər, yazıçılar, şairlər cənazəsini Yazıçılar Birliyindən Fəxri xiyabana qədər əllərinin üstündə aparırlar.

Oğuz Ayvaz 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Hamısı