Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatıçılığı ilə rumın şairi, Mihay Emineskunun “Dan ulduzu” seçmə şeirləri və eyniadlı poemasının yer aldığı kitabının təqdimat mərasimi keçirilib.
Ednews xəbər verir ki, mərasimdə Vaqif Səmədoğlu Mərkəzinin həmtəsiçisi şair, tərcüməçi və esseist Səlim Babullaoğlunun Səməd Vəkilov Səlim Babullaoğluna “Vaqif Səmədoğlu” medalını təqdim edib.
"Bilirsiz ki, bu gün mənə Vaqif Səmədoğlu medalı təqdim olundu. Mən Vaqif Səmədoğlu Mərkəzinə, mərkəzin rəhbəri hörmətli Nüşabə xanım Vəkilovaya, Səməd Vəkilova dərin təşəkkür edirəm. Bu medala layiq görülmək mənim üçün çox xoş və əlamətdardır…” -, deyə S.Babullaoğlu bildirib.