“Hətta Qarabağa aid bütün əsərlər, sənədlər, abidələr, kitablar belə məhv olsaydı, “Qarabağ Şikəstəsi” Qarabağın əzəli Azərbaycan torpağı olması üçün yetərli sübutdür”.
Ednews xəbər verir ki, bu sözləri AYB-nin sədri , yazıçı Anar Rzayev "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, dağdan-dağa səsələnən musiqi Səməd Vurğunun şeirində daha dəqiq təsvir olunub.
“Çünki, “Qarabağ Şikəstəsi” məhz orada yaranıb. Dağdan-dağa səsələnən musiqi Səməd Vurğunun şeirində daha dəqiq göstərilir. Musiqidə “ucalsın”, “səslənsin” deyil, “Havalansın” qeyd olunur. Bu Qarabağda havalanan musiqidir. Xoşbəxtlikdən Qarabağa aid çox sayda, əsərlərimiz, abidələrimiz, kitablarımız var. Bu çox gözəl bir haldır. Ümid edirəm ki, Qarabağa aid görəcəyimiz işlər çox və davamlı olacaq”.
Aysel Şahmar