İnsanlara mütaliə sevgisi aşılaya bildikmi? Tanınmışlardan kitab sərgisi barədə maraqlı MÖVQELƏR - SORĞU

Mədəniyyət 12:00 06.06.2023
Geridə qoyduğumuz V Milli Kitab Sərgisi cəmiyyətdə böyük marağa səbəb oldu. 
 
İçərişəhərdə baş tutan və 9 gün davam edən kitab festivalı çərçivəsində yazıçı və şairlərlə görüşlər keçirildi, tanınmış şəxslərin iştirakı ilə müxtəlif mövzuları əhatə edən panel müzakirələri baş tutdu. 
 
Sərgidə iştirak edən məşhur simalardan bir neçəsi öz təəssüratlarını Ednews-la bölüşüb: 
 
Şair Qismət
 
“V Milli Kitab Sərgisi lokasiya baxmınından maraqlı məkanda təşkil edilmişdi. Şəhərin mərkəzində, qədim tarixə malik İçərihərdə nəhayət ki, Azərbaycan kitabı ilə bağlı tədbir keçirildi. Bu mənada müsbət qiymətləndirmək olar. Təşkilatçıların minimum imkanlarla maksimum dərəcədə zəhmət çəkdiyi açıq-aşkar görünürdü.  “Qanun” nəşriyyatının əməyi olan hər bir əməkdaşını təbrik edirəm. İdeal səviyyədə deyildi, bəzi məqamlar yerinə oturmayıb. Hələ o səviyyəyə çatmamışıq ki, panel müzakirələrinə dəvət olunan şəxslər qonarar qarşılığında dəvət edilsin. Cəmiyyətdə müəyyən nüfuza malik, kimlərinsə dostu-tanışı olan şəxslər məruzəçilər idi. Bu qapalı çevrədən hələ çıxa bilməmişik. Təcrübə artdıqca bu məsələlər də zamanla öz həllini tapacaq. Müşahidələrimə əsasən deyə bilərəm ki, açılış günü və son günlərdə aktivlik daha çox idi. Şəhərin mərkəzi hissələrində belə tədbirlərin təşkili təqdirəlayiqdir. Davamlı olmalıdır bu təşəbbüslər. Hər zaman deyirəm ki, mədəniyyətdə ən vacib olan davamlılıq və mütəmadilikdir. Bu davamlılığa nail ola bilsək, təqvi ili boyunca kitabla bağlı tədbirlərin sayını artıra bilsək, daha sürətli nəticələr əldə edə bilərik. Ümid edirəm ki, yerli müəlliflərin də belə tədbirlərdən qazanc götürə biləcəyi səviyyəyə gəlib çatarıq”. 
 
 
Aktyor Azər Aydəmir
 
“Düşünürəm ki, təşkilatçılıq yüksək səviyyədə idi. Hər il bu milli kitab sərgisi daha da böyüyür. Həm məkan, əhatə dairəsi, həm də müəllflərin, piştaxtalardakı kitabların sayı olaraq. Əvvəllər qapalı yerlərdə keçirilirdi, bu dəfə artıq yay festivalına çevrildi. İçərişəhərdə keçirilməsi əlamətdardır. Məncə, bu tədbirin insanlarda kitablara, mütaliəyə marağı artırmaqda böyük rolu var. Hər il daha geniş miqyas alacağını təxmin edə bilərik. İçərişəhər həm turistlərin, həm də yerli sakinlərin ən çox üz tutduğu məkanlardandır. Təsadüfən də olsa oradan keçən insanların diqqətini cəlb edirdi, bu özü bir uğurdur. Yüzlərlə təəccüblü sima gördüm orada. Ölkədə naşirlik, gənc müəlliflər, yeni kitablar varmı? İnsanımız bu barədə çox məlumatlı deyil. Bu tədbir sayəsində bir çoxu gördü ki, Azərbaycan ədəbiyyatı hər zaman olduğu kimi indi də var. Bu təəccübdən doğan ciddi alış-verişin də şahidi oldum. Çox bəyəndim. Bu sərginin təşkilatçılarına və zəhmət çəkən hər kəsə uğurlar arzu edirəm”. 
 
 
Jurnalist, səyahətçi Azər Qərib 
 
“Təşkilatçılığı çox əla qiymətləndirirəm. Təqdirəlayiq tədbirdir. İşə gedib gələndə oradan keçirdim. Maraq böyük idi, insanlar gəzirdilər, baxırdılar, kitab alırdılar. Faydalı çıxışlar təşkil edilmişdi. Tanınmış yazarların oxucularla görüşləri baş tutdu. Qeyd edim ki, cəmiyyətdə kitaba marağın artması sevindirici haldır. Həmişə xaricə gedəndə onların zəngin kitab mağazalarını, alıcıların çoxluğunu gördükcə həsəd aparırdım. Artıq bizdə də kitab mağazalarının, kitabsevərlərin sayı artır. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Növbəti illərdə də belə kitab bayramlarının keçirilməsini istərdim”.  
 
 
Şair Şəhriyar Del Gerani
 
“Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Bakının gözü hesab edilən İçərişəhərdə belə bir sərginin təşkil olunması turistlərin də diqqətini çəkdi. Bu, həm də ölkənin  imicini formalaşdırır. Xaricdən gələn adamlar gördülər ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də kitab diyarıdır. Bütün kitab təqdimatları, panellər yüksək maraqla qarşılandı. Bütün bu tədbirlər həm yazarların, həm də oxucuların bayramıdır. Hamını təbrik edirəm. Eşqlər!”
 
 
 
Törə Zeynal
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Hamısı