Azərbaycan torpaqları ilə bərabər onun milli-mədəni sərvətlərini də mənimsəməyə çalışan ermənilər bu dəfə də oğurluğa əl atıblar. Mənfur erməni xisləti bu dəfə Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı oxuduğumuz mahnını öz adlarına çıxarmağa çalışıblar.
Ednews xəbər verir ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını zaman-zaman erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur “Vokaliz” mahnısı da yenidən olaraq ermənilər tərəfindən oğurlanmışdı. Ermənilərin dəfələrlə “sahibləndiyi” bu mahnını Siruşo (Siranuş Harutyunyan) “Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim etmişdi. Bundan əvvəl isə 2005-ci ildə erməni müğənnisi Vartuni Vartanyan da qeyd olunan mahnını ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.
Qeyd edək ki, Nuru Paşa ermənilərə qarşı vuruşan komandanlardan biri olub.
Sözügedən oğurluq görüntülərini təqdim edirik:
Oğuz