Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul nümayəndəliyinin təşəbbüsü ilə yaxın günlərdə bəstəkar Aram Xaçaturyanın (Haçaturyan) anadan olmasının 120 illiyi qeyd olunacaq.
Ednews erməni mediasına istinadən xəbər verir ki, Ermənistan nümayəndəliyi bu yubileyin təşkilində İrəvandakı Aram Xaçatryanın ev-muzeyi, İstanbul Filarmoniyası və “Bera” muzeyi ilə əməkdaşlıq edib.
İlk olaraq sentyabrın 21-də saat 19.30-da İrəvandan gəlmiş “Xaçaturyan” triosunun və İstanbul Filarmoniya İttifaqının orkestrinin iştirakı ilə böyük konsert keçiriləcək. İştirakçılar həmçinin Aram Xaçaturyanın ev-muzeyinin təşəbbüsü ilə hazırlanmış məşhur ustadın beynəlxalq qastrol səfərlərindən bəhs edən xüsusi filmə baxmaq imkanı əldə edəcəklər.
Aram Xaçatryanın 120 illik yubileyi üçün nəzərdə tutulan konsertlə yanaşı, İstanbulun erməni nəşri olan “Jamanak” qəzetinin baş redaktoru Ara Koçunyanın moderatorluğu ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.
Oğuz