Antik rəsmlərlə bəzədilən Şuşadakı EV - Qarabağın məşhur soylarından Zöhrabbəyovların MALİKANƏSİ

Mədəniyyət 15:00 12.09.2023

Şuşa şəhərinin Ocaqqulu küçəsində yerləşən Zöhrabbəyovun evi XIX əsrdə, Arran memarlıq məktəbi üslubunda inşa edilib. Memarı Kərbəlayı Səfixan Qarabağidir. 

Evin sahibi Şuşanın məşhur soylarından biri Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Mirzə Əkbər bəy dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.

Evin tikintisi üçün Abbasqulu bəy Türkiyədən, İrandan gözəl ustalar dəvət etmişdir. 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarlı aşbazxana və digər otaqlar var idi.

Sonralar Abbasqulu bəyin evi müsadirə edilir, özü isə ailəsi ilə birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.

Erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. İşğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.

Zöhrabbəyovlar böyük nəsil olublar. Onlardan biri Mirzə Salah bəy 1859-cu ildə Şuşada anadan olub. Fransada və Sankt-Peterburqda təhsil aldıqda sonra Şuşaya qayıdıb öz vəsaiti hesabına məktəb tikdirib və burada rus dili dərsi deməyə başlayıb.

Azərbaycanlılar üçün rus dilinin tədrisi dərs vəsaitini yazıb. Sonradan bir müddət Şuşa Real Məktəbində müəllimlik edib. "Tegin" təxəllüsü ilə şeirlər yazıb. Binanın çox gözəl şəbəkəli pəncərələri olub. İşğal dövründə baxımsızlıqdan bir hissəsi uçub. 

Həmin nəslin nümayəndəsi olan, Məryəm xanım Zöhrabbəyova uzun illər Azərbaycan Televiziya və Radiosunda çalışmışdır. Bu radionun əvəzedilməz “Ana” jurnalının aparıcısı olub. İllər boyu ən populyar, necə deyərlər, ən reytinqli veriliş imiş. Bu verilişdə respublikanın bütün bölgələrində yaşayan anaların, qadınların, qızların çalışdıqları sahələrdə qazandıqları uğurlardan, arzu və istəklərindən, Azərbaycan qadınına xas olan mənəvi dəyərlərdən söhbət açılardı. Ay ərzində yüzlərlə məktub alarmış Məryəm xanım dinləyicilərindən. Onların arasında Şuşadan göndərilənlər olurdu.

Ailə 1930-cu illərin sonlarında əyinlərində sovet forması olan kişilərin evə soxularaq və oranı qarət etdikdən sonra ata ocağını tərk etmək məcburiyyətində qalır.

Bu hadisədən sonra ailə qərara gəlir ki, daha Şuşada yaşaya bilməyəcəklər. Bu, onlara çox dərin zərbə olur. 1940-cı ildə isə ailə Məryəm Zöhrabbəyovanın bütün ömrünü keçirdiyi Bakıda məskunlaşdı. O, zadəgan mənşəli olmaqla yanaşı, 50 ildən artıq Azərbaycan Dövlət Radio və Televiziyasında çalışaraq ölkəmizdə ilk qadın redaktor kimi də tanınır.

Sovetlər dönəmində Zöhrabbəyovlar ailəsindən alınan Şuşadakı ev yerli rəsm qalereyasına çevrilir. Erməni işğalının bütün dövründə də ev qorunub saxlanılıb, lakin erməni KİV-lərinin məlumatlarına əsasən, həmin illərdə də ev acınacaqlı vəziyyətdə olub.

2020-ci ildə Məryəm xanım başda olmaqla, Zöhrabbəyovlar ailəsinin doğma şəhərə səfəri Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin köməyi sayəsində mümkün olub. Ailə üçün təkcə ata evinə deyil, həmçinin şəhərin digər əlamətdar yerlərinə - Şuşa qalasına, Cıdır düzünə, Gövhər ağa məscidinə, Bülbülün ev-muzeyinə və s. yerlərə ziyarətlər təşkil olunub.

O, uzun illər doğma yurd-yuvasını, ata ocağını yenidən görmək arzusunda idi. Və nəhayət, 2020-ci ilin noyabrında Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra Məryəm xanımın bu arzusu gerçəkləşdi.

“Qalx, Şuşaya gedirik!”, – Məryəm xanım şəhər işğaldan azad edilən günün səhəri nəvəsinə deyib. Həmin vaxt 90 yaşı olmasına baxmayaraq, o, dərhal yola çıxmağa hazır idi.

Və artıq çoxdan gözlənilən an gəldi. Ötən gün Məryəm xanım ailəsi ilə birlikdə doğma torpağına ayaq basıb, uzun illər gedə bilmədikləri doğma yurdlarını görə bilib. 

Oğuz

22.jpg

23.jpg

24.jpg

25.jpg

c2c19411-5262-4659-a6bb-513499f0a8fc.jpg

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı