Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa teatrdan ayrılıb.
Ednews xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat paylaşıb.
Aktyor ayrılmasının səbəbini iş qrafikinin teatrla uyğun gəlməməsi ilə əlaqələndirib:
“Teatrda bu sezon üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, teatrın gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstə düşsə belə, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum.
Əgər teatrın gələcəyi üçün maneə olan kimliyindən asılı olmayaraq kimsə varsa oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır”.
Aynurə İsmayıl