Qızıl Alma - Yunus Oğuz yazır

Mədəniyyət 19:22 18.09.2023

Dostum Azər Turanın 60 illiyinə

Esse

Uşaq vaxtı yuxularında "Qızıl Alma" görərdi. Amma anlamını başa düşməzdi. O zaman o qədər nağıllar, dastanlar oxumuşdu ki, elə bilirdi ona buta veriblər. Həvəslə daha çox oxuyardı. Oxuduqca oxuyardı. Bir gün atası İmamverdi kişidən soruşdu ki, yuxularımda "Qızıl Alma" görürəm, bu nə deməkdir? El arasında çox tanınan, ziyalı mövqeyi olan İmamverdi müəllim xəfifcə gülümsədi, amma cavab verdi ki, belə şeyləri bilmək sənin üçün tezdir, sən oxumağını, yazmağını davam et. Mənə verdiyin sualın cavabını sətirlərin arasında tapacaqsan. Sovetlər Birliyinin qılıncının dalı da, qabağı da kəsən bir zamanda ən gözəl cavab bu idi. 
Atasının bu cavabı ona bəs etdi. Oxuduqca sətirlərin arasını oxuyurdu, yazdıqca əsərlərində, məqalələrində çox az adamın başa düşdüyü sətiraltı mənaları qeyd edirdi. Nədən yazırdısa son nöqtədə "Turana - Qızıl Alma"ya gəlib dayanırdı. İçindəki o yanğını söndürə bilmirdi, yazdıqca yazırdı. Tilsim içində tilsimə düşmüşdü. Bir tilsimi açırdı, o biri tilsim qarşısına çıxırdı. Dözürdü, səbri daş deşirdi, ancaq usanmırdı, yorulmurdu. Toz basmış, Kremlin bizə unutdurmağa çalışdığı şəxsiyyətləri tədqiq edirdi, yazırdı, arxivlərdən çıxmırdı. Heç kimə fikir vermədən atasının nəsihət etdiyini dərk edirdi. 
Kimləri o tədqiq etmirdi. Türk dünyasının fikir babalarını oxuyurdu, yazırdı. Başa düşürdü ki, sovetlər bu dahiləri onlardan niyə gizlədib.
Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Nihat Atsız, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Çingiz Aytmatov və onlarla dühalar onun tədqiqat obyektinə çevrildilər.
Bir gün anladı ki, fikir babalarını bir yerə yığanda "Qızıl Alma-Turan" eyləyir. "Turan", "Qızıl Alma" elə onun butası imiş.
Başa düşürdü ki, ideya və hədəf olmazsa, ən müasir silahlarla silahlanmış əsgər müharibədə yenə uduzacaq, çünki, o bilməyəcək nəyin uğrunda vuruşur, döyüşür. İçi boş olan əsgərin qabağında durmağa nə var ki? Əsgərə hədəf göstər, durmadan döyüşəcək, vuruşacaq. Həm də ideya və hədəf cəmiyyətin bütün təbəqələrini bir araya gətirib xalq edəcək. Xalqı isə Orduya çevirəcək. O qələmilə savaşırdı, onu süngüyə çevirdi. Onun qələmi hədəf göstərirdi. Qızıl Alma-Turan. İnanırdı ki, ideya minlərlə insanın beyninə hopandan sonra bu xalqı heç kim dayandıra bilməz. Əvvəlcə ideyanı mənimsətdirmək, sonra hədəfi göstərmək. O belə də edirdi.
Otuzuncu illərdə düşünən beyinləri sovet rejimi məhv etdikcə "Qızıl Alma" haqqında fikirləşən ziyalılar sürətlə azalırdı. Bilənlərin də bəziləri susmağa üstünlük verirdilər. Sovet maşını bu ideyalardan kənarda özünün yeni hədəflərinə xidmət edən insanlar yetişdirirdi. Qorxu ilə, pul ilə, ənamlarla, şirnikləndirməklə bu insanlar cəmiyyətin pərdə arxasında yatıb qalan hədəflərini gizlətməyə çalışırdılar. Çox zaman da buna nail olurdular. Cəmiyyət öz tarixini öyrənmək belə istəmirdi, çünki ta uşaqlıqdan beyinlər yuyulurdu, "sovet vətəndaşı" deyilən bir məfhum ortalığa atılırdı.
Amma, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi fikir babalarımızın da bizə miras qoyduğu ideya və hədəflər çox tezliklə ziyalılarımız arasında sürətlə yayılmağa başladı. İdeya daşıyıcısı kimi Azər Turan da genetik, qan yaddaşa söykənən hədəfləri cəmiyyətə göstərdi.
Onlarla kitab yazdı: "Əbədi Turan", "Əzəl-axır Türk dünyası", "Qafqaz İslam Ordusu Muğanda, "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə Turan" (Q.Paşayevlə bir yerdə), "Milli məfkurənin atası", "İrfan çobanı", "Cavidnamə" və başqa əsərlər onun qələmindən çıxdı. Əsas elmi tədqiqatları iki fikir babasını daha çox əhatə edirdi: Əli bəy Hüseynzadə, Hüseyn Cavid.
Hüseyn Cavidin ailəsinin faciəsini özünün, xalqın faciəsi kimi qəbul edirdi. Cavidin oğlu Ərtoğrulun ölümünü sovet maşınına bağışlamadı, ondan yazdı, ailə faciəsini teatrda tamaşaya qoydu.
Kövrək hislərini elə qələmə aldı ki, sanki Ərtoğrul doğma qardaşı idi. Belə də olmalı idi, çünki o fikir babası Hüseyn Cavidin oğlu idi. Münbit şərait olsa idi, Ərtoğrul da atası kimi Turan ideyasının daşıyıcısı olacaqdı. Sədd heyf!
Hüseyn Cavidin qızı Turanla ana-bala idilər. Onun dediklərini, söylədiklərini, xatirələrini qələmə alırdı. Sonradan bu xatirələr kitab halında nəşr olundu. Onun butası gercəkləşir. Türk dövlətlərinin təşkilatı yarandı, iqtisadi fəaliyyətin adı "Turan" qoyuldu. O hədəfləri görür, yazır, yenə yazır. Qarşıda görülməli işlər çoxdur. Uzun illər dilimizi ayıran kəslərə tutarlı cavab olaraq ortaq dilimiz formalaşmalı, tariximiz yenidən yazılmalı, ədəbiyyatımız və incəsənətimiz bütöv hala gətirilməlidir. Bu elə Qızıl Almadır. Azər Turan da sevinir ki, ömrünün bu çağında, sovetlərin ona unutdura bilmədiyi ideya həyata keçir, addım-addım hədəfə doğru gedirik. Hədəfimiz Qızıl Almadır. Nihat Atsızın "Qızıl Alma" əsərində yazdığı kimi:
Vətən, nə Türkiyə, nə türkiyəlilər, nə Türküstan 
Vətən, böyük məbud ölkədir... Turan Qızıl Alma - Azər Turan

 
Yunus Oğuz

yazıçı, publisist

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Hamısı